Kral Kuboku "Nou Kamp"da baş tutacaq

00:29 26 Mart 2015

İspaniya Kral Kubokunun final matçının keçiriləcəyi məkanı müəyyənləşib.

 

 

Sportarena.az xəbər verir ki, mayın 30-da “Barselona” və “Atletik” arasında baş tutacaq qarşılaşma “Nou Kamp” stadionunda keçiriləcək.

 

Daha əvvəl iki klub oyunun sözügedən arenada keçirilməsi ilə bağlı razılaşa bilmirdi. Sonda İspaniya Futbol Federasiyası bu haqda qərar qəbul edib.

 

Qeyd edək ki, bir müddət əvvəl “Barselona” və “Atletik” final matçının “Santyaqu Bernabeu”da reallaşmasını istəsə də, “Real” rəhbərliyi onlara edilən müraciətə rədd cavabı verərək arzularını ürəklərində qoymuşdu.

 

 


Xəbər xətti