AÇ-2015: İkinci gün daha 1 gümüş və 1 bürünc medal - VİDEO

00:59 26 Mart 2015

Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

 

Sportarena.az  xəbər verir ki, ilk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır.

Çempionatın ikinci günündə 61, 70, 86 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışıb.

61 kq çəki dərəcəsində mübarizə aparan Əhmnədnəbi Qvarzatilov ilk görüşdə Serbiya təmsilçisini məğlub etsə də, növbəti görüşdə uduzub. Ancaq rəqibinin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Belarus təmsilçisi ilə görüşdən qalib ayrılan güləşçimiz bürünc medal uğrunda həlledici görüşə çıxıb. Türkiyə idmançısı ilə gərgin keçən qarşılaşma rəqibin xeyrinə tamamlanıb. Əhmədnəbi Qvarzatilov çempionatı 5-ci sırada tamamlayıb.

86 kq çəkidə təmsilçimiz Məhəmmədhacı Xatiyev ardıcıl olaraq Türkiyə, Macarıstan, Yunanıstan və yarımfinalda Rusiya güləşçiləri üzərində inamlı qələbələr qazanıb. Qızıl medal uğrunda final görüşündə güləşçimizin rəqibi Belarus təmsilçisi olub. Gərgin keçən qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb, təmsilçimiz gümüş medalla kifayətlənib.

125 kq-da mübarizə aparan Əli Maqomedabirov 1/4 finaldan yarışa qoşulub. İlk görüşdə məğlub olsa da rəqibin finala yüksəlməsi güləşçimizə bürünc medal uğrunda görüşə haqq qazandırıb. Həlledici görüşdə təmsilçimiz Ukrayna idmançısına qalib gəlib və çempionatın bürünc medalına sahib olub.

Beləliklə, U-23 Avropa çempionatında sərbəst güləş yarışları yekunlaşıb. Sərbəst güləş yığmamız çempionatı 2 gümüş (Məhəmmədhacı Xatiyev (86 kq) və Nurməhəmməd Hacıyev (97 kq)) və 2 bürünc (Məhəmməd Müslümov (65 kq) və Əli Maqomedabirov (125 kq)) medalla tamamlayıb. Bu nəticə ilə sərbəst güləşçilərimiz U-23 Avropa çempionatını komanda hesabında 48 xal toplayaraq 3-cü pillədə başa vurub. Rusiya 61 xalla birinci, Gürcüstan 57 xalla ikinci sırada qərarlaşıb.

61 kq
1/8 final - Jakub Sikora (SRB) - Əhmədnəbi Qvarzatilov 0:10
1/4 final - Əhmədnəbi Qvarzatilov - Volodya Franqulyan (ARM) 0:6
Təsəlliverici görüş - Dzianis Maksimov (BLR) - Əhmədnəbi Qvarzatilov 3:14
Bürünc medal görüşü - Əhmədnəbi Qvarzatilov - Recep Topal (TUR) 4:5

70 kq
1/8 final - Andrey Karpaç (BLR) - Murad Süleymanov 7:3

86 kq
1/16 final - Məhəmmədhacı Xatiyev - Fatih Erdin (TUR) 6:4
1/8 final - Gergeli Gyurits (HUN) - Məhəmmədhacı Xatiyev 0:11
1/4 final - Məhəmmədhacı Xatiyev - Timofey Ksenidis (GRE) 9:1
1/2 final - Şamil Kudyamaqomedov (RUS) - Məhəmmədhacı Xatiyev 6:7
FİNAL - Aleksandr Huştin (BLR) - Məhəmmədhacı Xatiyev 11:6

125 kq
1/4 final - Əli Maqomedabirov - Giorgi Meşvildişvili (GEO) 0:7
Bürünc medal görüşü - Əli Maqomedabirov - Danito Kartavi (UKR) 8:1

 


Xəbər xətti