Futzal millimiz yerində saydı - SİYAHI

11:25 26 Mart 2015

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

 

 

Sportarena.az xəbər verir ki, AVRO-2016-nın seçmə mərhələsinin qarşılaşmaları cədvəldə bəzi dəyişikliklərə səbəb olub.

 

Bakıda baş tutan qrup oyunlarında Belçikanı 3:1, Danimarkanı 11:2 hesabı ilə məğlub edib, Ukraynaya 2:3 hesabı ilə uduzan Azərbaycan millisinin mövqeyi dəyişməz qalıb. Pley-offa yüksələn komandamız 13-cü sırada qalıb. Lakin yığmamız 13 xal itirib.

 

Millimiz Avropa yığmaları arasında 7-ci pillədə qalıb. Lakin dünyanın ən güclü 20 millisi arasında yer alan bəzi avropalılar geriləyib. Portuqaliya və Çexiya hərəyə 1, Rumıniya 2 pillə geriləyib. Əvəzində Sloveniya ilə Xorvatiya 1, Qazaxıstan isə 2 addım önə keçib.

 

Qeyd edək ki, siyahıda planetin 97 millisi yer alıb. Daha 54 komanda isə son illərdə az oyun keçirdiyindən əlavə cədvələ daxil edilib.

  

Dünyanın ən güclü 20 millisi

1. İspaniya - 1922

2. Braziliya - 1910

3. Rusiya – 1746

4. İtaliya - 1721

5. Argentina – 1679

6. İran - 1611

7. Portuqaliya - 1596

8. Ukrayna – 1494

9. Kolumbiya - 1415

10. Çexiya - 1412

11. Yaponiya – 1401

12. Paraqvay - 1384

13. AZƏRBAYCAN – 1366

14. Sloveniya – 1360

15. Xorvatiya - 1340

16. Rumıniya - 1335

17. Serbiya - 1315

18. Tailand - 1295

19. Özbəkistan - 1269

20. Qazaxıstan - 1260

 

 


Digər xəbərlər

Xəbər xətti