ÖZƏL: "Xəzər Lənkəran" Almaniyadan futbolçu transfer edə bilər

12:03 26 Mart 2015

Qış fasiləsi zamanı gözlənilmədən bütün heyətini gəncləşdirən və bu ilə məğlubiyyətlərlə başlayan “Xəzər Lənkəran”ın transfer çalışmalarına başladığını xəbər vermişdik.

 

Sportarena.az saytının əldə etdiyi məlumata görə, lənkəranlılar millimizin və Almaniyanın “Karlsrue” klubnun futboçusu Dmitri Nazarovu maraq dairəsinə alıb. Futbolçu ilə millimizin Malta ilə görüşündən sonra ətraflı müzakirələr aparılacağı gözlənilir. 

 

Qeyd edək ki, Azərbaycan – Malta qarşılaşması martın 28-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 21:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti