"Xəzər Lənkəran" hazırlıqlara başladı: Kapitan və Elnur Cəfərov yoxdur

12:27 26 Mart 2015

Premyer Liqada yaranan fasilə müddətinin yarısını istirahətdə keçirən “Xəzər Lənkəran” bu gün, martın 26-da bir araya gələcək.

 

 

Sportarena.az xəbər verir ki, komanda doğma şəhərdə toplanaraq “Sumqayıt”la oyunun hazırlıqlarına başlayacaq. Qarşıdakı beş gün ərzində stadionun yardımçı meydançasında çalışacaq komandanın hazırlığına Rahid Əmirquliyev və Elnur Cəfərov qatılmayacaqlar. A milli və U 19  yığma komandaların düşərgəsinə yollananan hər iki futbolçu ayın son günündə Lənkərana gələcəklər. Xatırladaq ki, “Xəzər Lənkəran” aprelin 1-də “Fırtınalar meydanı”nda “Sumqayıt” klubunu qəbul edəcək.

 

Mənbə: 12cioyuncu.info

 


Xəbər xətti