Sxadadze almanlara sürpriz hazırlayır

13:34 26 Mart 2015

Bakı “İnter”inin iki futbolçusu Gürcüstan millisinin Malta ilə yoxlama oyununun iştirakçısı olub.

 

 

Sportarena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının turnir cədvəlində 2-ci olan paytaxt təmsilçisinin baş məşqçisi Kaxaber Sxadadze eyni vaxtda çalışdırdığı yığmada iki yetirməsinə güvənib.

 

Tiflisdə baş tutan qarşılaşmada Aleksandr Amisulaşvili 90 dəqiqə meydanda olub. Baçana Sxadadze isə yalnız 70-ci dəqiqədə meydana daxil olub.

 

Milliyə dəvət alan digər “İnter”li Laşa Salukvadze isə 2:0 hesablı qələbədə iştirak etməyib.

 

Maraqlıdır ki, Sxadadze “İnter”in “Qəbələ” ilə matçında Amisulaşvilini əvəzedicilərin oyununa göndərmişdi və bununla da futbolçunu qoruduğuna işarə etmişdi. Həmişə sürprizlərlə dolu olan məşqçi Laşa Salukvadzeni Almaniya ilə oyunda ehtiyat silahı kimi istifadə edə bilər. Onun seçdiyi heyəti və "İnter"dəki taktiki gedişlərini nəzərə alaraq bunu təxmin etmək mümkündür.

 


Digər xəbərlər

Xəbər xətti