Premyer Liqa klubunda ciddi itki

14:47 26 Mart 2015

İngiltərə Premyer Liqasında çıxış edən “Sauthempton”  klubu ciddi itki ilə üzləşib.

 

 

Sportarena.az xəbər verir ki, komandanın qapıçısı Fraser Forster zədələnib.

 

"Börnli" ilə görüşdə zədələnən 27 yaşlı qapıçının diz qapağının yerindən çıxdığı və əməliyyat olunacağı açıqlanıb. Forster üçün cari mövsüm artıq yükunlaşıb.

 

Qeyd edək ki, “Sauthempton”  Premyer Liqanın geridə qalan 30 turundan sonra 53 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 


Xəbər xətti