"Qarabağ" millimizi məğlub etdi

19:00 26 Mart 2015

Premyer Liqanın lideri "Qarabağ" klubu bu gün yoxlama oyununda qüvvəsini sınayacaq. 

 

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsiçisi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması ilə üz-üzə gələcək. "Bakı" klubunun bazasında keçiriləcək oyun saat 17:00-da başlayacaq.
 

Qeyd edək ki, "Qarabağ"da 9 futbolçu hazırda öz milli komandalarının düşərgələrində olduğundan onlar bügünkü oyunda  iştirak etməyəcəklər.

 

17:00  Azərbaycan U-21 - "Qarabağ" 2:3

Qol: Seymur Əsədov,5, Samir Məsimov,86 -  Dani Quintana,13, İlqar Qurbanov,19, Leroy Corc,68

   

 


Digər xəbərlər

Xəbər xətti