RƏSMİ: Böyük kapitan daha 1 il "Çelsi"də

22:43 26 Mart 2015

“Çelsi” təcrübəli müdafiəçisi Con Terri ilə müqaviləni 1 il müddətinə uzadıb.

 

Sportarena.az xəbər verir ki, ingilis futbolçu klubun rəsmi saytına açıqlama verərək “Bu mövsüm qazandığım kubokun ümüd edirəm ki, davamı da gələcək. Bu klubun formasını geyinmək məni hər zaman qürurlandırıb. Mənə hər zaman dəstək olan azarkeşlərə təşəkkür edirəm”. – deyə bildirib.

 

Baş məşqçi Joze Mourinyo isə futbolçu ilə müqavilənin uzadılmasının səbəbinin klub tərəfindən edilən təvəzökarlıq yox, futbolçunun oyununun yaxşı səviyyədə olduğuna görə edildiyini bildirib.

 

Qeyd edək ki, 36 yaşlı kapitan bu mövsüm çıxdığı 40 oyunda 6 qol vurmağı bacarıb.

 


Digər xəbərlər

Xəbər xətti