Nikolay Adam iddialı danışdı: "Fransızlara yaşatdığımız çətin anları İngiltərə yığmasına da yaşadacağıq"

11:30 27 Mart 2015

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində keçirlmiş Fransa – Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Nikolay Adam affa.az-a açıqlama verib.

 

 

Sportarena.az həmin açıqlamanı diqqətinizə çatdırır:

 

 

“Fransa yığması haqda əlavə nəsə deməyə ehtiyac duymuram. Güclü rəqib qarşısında oynamaq çətindir. Bu oyunda komandamın hər hansı mənfi cəhətini görmədim. Uşaqlar bütün bacarıqlarını nümayiş etdirdilər. Taktiki planda və intizam baxımından yaxşı oynadıq. Son 18-liyi müəyyənləşdirərkən komandanın əsas üzvlərindən biri Təyyar Məmmədov zədə səbəbindən kənarda qaldı. Bizimlə burada olmasına baxmayaraq, təəssüf ki, zədəsini sağalda bilmədi. Əgər zədəli olmasaydı, müdafiənin sağ cinahında oynayacaqdı. Onun mövqeyində 1997-ci il təvüllüdlü Renat Ağaverdiyevə şans verdim. Təəssüf ki, o da ilk hissədə zədələnərək yerini digər 1997-ci il təvüllüdlü Elgün Uluxanova verdi. Oyunun sonunda meydanda 6 nəfər 1997-ci il təvəüllüdlü futbolçu vardı.

Əvvəlki müsahibəmdə futbol ictimaiyyətinə demişdim, bir daha təkrar edirəm ki, buraya turisit kimi gəlməmişik. Fransızlara yaşatdığımız çətin anları İngiltərə yığmasına da yaşadacağıq. Məqsədimiz odur ki, son oyunlaradək qrupdakı vəziyyət gərgin olaraq qalsın”.

 

 


Xəbər xətti