ÖZƏL: "Qarabağ"dan Vüqar Nadirov üçün yeni müqavilə

13:23 27 Mart 2015

"Qarabağ" klubu bu ilin yayında klubla razılaşması bitəcək hücumçusu Vüqar Nadirova yeni şərtlərlə müqavilə bağlamağa hazırlaşır.

 

Sportarena.az saytına klubdakı etibarlı mənbədən daxil olan məlumata görə, yalnız son oyunlarda vurduğu qollarla seçilən Nadirov, klubla “1+1” formatında müqavilə imzalayacaq. Onun əsasən ehtiyat oyunçular skamyasında vaxt keçirməsi yeni maaşına da təsirsiz ötüşməyəcək. Daha az maaşa razılaşacağı halda futbolçu növbəti mövsümdə uğurlu çıxışı müqavilində daha yaxşı maliyyə imkanları əldə edə bilər.


Digər xəbərlər

Xəbər xətti