Millimizin oyunçusu üçün Tailand çempionatı məğlubiyyətlə başladı

15:05 27 Mart 2015

Azərbaycan millisinin voleybolçusu Yelena Parxomenkonun Tailand çempionatında debütü uğurlu alınmayıb.

 

 

Sportarena.az xəbər verir ki, 33 yaşlı blokçunun az öncə transfer olunduğu “Ayutthaya” “İdea Xonkaen”lə dueldə məğlubiyyətə üzülüb.

 

Həlledici mərhələnin B qrupunun ilk turunda rəqib 3:0 hesablı qələbəyə sevinib.

 

Qeyd edək ki, mövsümün startından klubsuz qalan Parxomenko avrokubok zamanı “Azərreyl”in heyətinə cəlb olunsa da, sonradan ölkə xaricinə yollanmağı üstün tutub.

 


Digər xəbərlər

Xəbər xətti