Erməni güləşçi: "Bakıya yola düşməyə hazıram"

15:38 27 Mart 2015

“Lakin qərarı Federasiya və məşqçi qərargahı verəcək”.

 

Hazırda Polşada keçirilən 23 yaşadək idmançılar arasında güləş üzrə Avropa çempionatının qalibi, erməni sərbəst güləşçi Volodya Franqulyan Bakıda baş tutacaq Avropa Oyunlarında iştirak etməyə hazır olduğunu bildirib. 
 
 

“Minskdə Medved mükafatı uğrunda turnirdə qələbə məni həvəsləndirdi və bundan sonra 23 yaşadək idmançılar arasında Avropa çempionatına səylə hazırlaşmağa başladım, - sportarena.az oxu.az saytına istinadən idmançının News.am-a dediyi sözlərindən sitat gətirir. – Əla formada idim və Avropa çempionu ola bildim.
 
 

Avropa Oyunlarına gəldikdə isə, Bakıya yola düşməyə hazıram, lakin qərarı Federasiya və məşqçi qərargahı verəcək. Çox şey kimin optimal formada olacağından asılıdır”.

 


Xəbər xətti