AAAF PARK-da şahmat dərsləri

18:27 27 Mart 2015

AAAF Park Yaşayış Kompleksi idmanla sadə həyatın vəhdətidir. Burada sakin və qonaqlara sağlam həyat tərzi sürmək üçün bütün imkanlar yaradılır. İstəyən hər kəs futbol, tennis, ağır atletika, gimnastika, cüdo kimi növlərimizə məşğul ola bilir.

Artıq bu siyahıya şahmatı da əlavə etmək olar. İdman ustalığına namizəd Fuad Qurbanovun rəhbərliyi altında uşaqlarınız minillərlə tarixi olan bu idman növünü öyrənə, fiziki ilə yanaşı, zehni inkişafını da təmin edə bilərlər.

Təcrübəli mütəxəssis “Zirvə Uşaq İdman Akademiyası” tərkibində, həftədə 3 dəfə olmaqla, ödənişli dərslər keçir. Aylıq ödəniş 30 manatdır. Qrafik sərbəstdir və sizin istəyinizlə müəyyən edilir.

Övladlarınızı şahmata yazdırmaq istəyirsinizsə, aşağıdakı mobil nömrəyə zəng edə bilərsiniz:

(050) 519 – 45- 40

 


Digər xəbərlər

Xəbər xətti