U-23 AÇ-2015: Solmaz, Elmira və Səbirə bürünc uğrunda güləşəcək

18:44 27 Mart 2015

Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

 

Sportarena.az xəbər verir ki, ilk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır.

Çempionatın dördüncü günündə 53, 58, 63 və 75 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıb. Yığmamız 3 çəki dərəcəsində təmsil olunub.

53 kq çəki dərəcəsində ötən il gənclərin dünya çempionatında  bürünc medal qazanan Solmaz Həşimzadə mübarizəyə 1/8 finalda başlayıb. Ardıcıl olaraq İspaniya və Rumıniyadan olan rəqiblərini məğlub etsə də, yarımfinalda Ukraynalı rəqibinə uduzub. Bürünc medal uğrundan həlledici görüşdə güləşçimiz Bolqarıstanlı həmkarı ilə qarşılaşacaq.

63 kq-da mübarizə aparan gənclər arasında Avropa çempionatının gümüş medalçısı Elmira Qəmbərova ilk görüşdə Rusiyalı rəqibinə tam üstünlüklə qalib gəlib. Yarıçfinalda Çexiya güləşçisinə uduzan təmsilçimiz bürünc medal uğrunda güləşəcək. Həlledici görüşdə onun rəqibi Polşa idmançısı olacaq.

Gənclər arasında Dünya və Avropa çempionumuz Səbirə Əliyeva (75 kq) çempionata uğursuz başlayıb. Yerli idmançı ilə keçirdiyi ilk görüşündən xalçanı məğlub tərk etsə də, rəqibin finala yüksəlməsi ona bürünc medal şansı verib. Bunun üçün güləşçimiz Macarıstan təmsilçisini məğlub etməlidir.

Final görüşləri Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Məlumat üçün bildirək ki, qadın güləşçilərin yarışında ilk gün yığmamızın üzvü Alyona Kolesnik (55 kq) qızıl medal qazanıb.

53 kq
1/8 final - Marina Rueda (ESP) - Solmaz Həşimzadə 2:10
1/4 final - Solmaz Həşimzadə - Simona Pricob (ROU) 5:0 (təmiz qələbə)
1/2 final - Liliya Horişna (UKR) - Solmaz Həşimzadə 11:2
Bürünc medal görüşü - Pepa Dmitrova (BUL) - Solmaz Həşimzadə

63 kq
1/4 final - Elmira Qəmbərova - Lyubov Oçarova (RUS) 17:4 (təmiz qələbə)
1/2 final - Adela Hanzliçkova (CZE) - Elmira Qəmbərova 0:5
Bürünc medal görüşü - Aqniezska Krol (POL) - Elmira Qəmbərova

75 kq
1/4 final - Səbirə Əliyeva - Daria Osoçka (POL) 6:13
Bürünc medal görüşü - Səbirə Əliyeva - Zsanett Nemeth (HUN)

 


Digər xəbərlər

Xəbər xətti