Azərbaycan - Malta oyununda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA

19:13 28 Mart 2015

Dünən keçirilən Çernaqoriya – Rusiya matçında məlum qalmaqallı olaydan sonra stadion təhlükəsiziliyi UEFA-nın əsas məsələsinə çevrilib.

 

 

Toviq Bəhrəmov adına Respublika stadionunda Azərbaycan – Malta qarşılaşmasından öncə təhlükəsizlikdə son durumunu sportarena.az saytına açıqlamasında stadionun direktoru Akif İsmayılov bildirib.

 

“Stadionda təhlükəsizliyə dair heç bir problem yoxdur. Stadionu UEFA nümayəndələrinə təhvil vermişik. Bakı Şəhər Baş Polis İdarəsi və “SOCAR” Şirkət Xüsusi Təhlükəsizlik Xidməti Tofiq Bəhrəmovda birlikdə mühafizəni təşkil edib. Stadiona Daxili Qoşunlardan da qüvvələr cəlb edilib. Heç bir problem ola bilməz”. – deyə ismayılov bildirib.

 

Qeyd edək ki, Azərbaycan – Malta qarşılaşması bu gün saat 21:00-da Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçiriləcək. Oyunu Halis Özkayanın başçılıq etdiyi türkiyəli hakimlər briqadası idarə edəcək.


Digər xəbərlər

Xəbər xətti