Eddi İsrafilov millimizin 198-ci debütantı oldu - FOTO

22:43 28 Mart 2015

Hal-hazırda davam edən Malta-Azərbaycan matçında millizin üstünlüyü var.

 

Sportarena.az xəbər verir ki, oyunda daha bir futbolçumuz debüt etməyi bacarıb. Belə ki, İspaniyanın “Qranada” klubunun futbolçusu Eddi İsrafilov oyunun 80-ci dəqiqəsində Vüqar Nadirovu əvəzləyərək Milli Komanda tarixində 198-ci debütant kimi yadda qalıb.

 

Bu oyunda daha əvvəl start heyətində yer alan Namiq Ələsgərov və onu əvəzləyən Ruslan Qurbanov da debüt edə bilmişdi.

 

Qeyd edək ki, millimiz 3-cü dəqiqədə Cavid hüseyinovun yeganə qolu sayəsində davam edən oyunda qalib gəlir.


Digər xəbərlər

Xəbər xətti