Maltanın baş məşqçisi: "Biz qətiyyən bu məğlubiyyətə layiq deyildik”

23:39 28 Mart 2015

“Futbol riyaziyyat deyil. Bəzən qələbə qazanır, bəzən isə uduzursan. Ancaq biz qətiyyən bu məğlubiyyətə layiq deyildik”.

 

 

Sportarena.az xəbər verir ki, bu sözləri Malta  millisinin baş məşqçisi Pietro Gedin yığmamızla oyundan (0:2) sonra keçirdiyi mətbuat konfransında deyib.

Komandasının zəif çıxış etdiyini bildirən italiyalı mütəxəssis yığmamız haqda xoş sözlər söyləyib:

“İlk hissədə oyunçularımız heç yaxşı oynamadı. Boşluqlarımız çox idi. İkinci hissədə başqa oyun sxemindən istifadə etdik. Bununla da oyunumuzu tapdıq.  Rəqibin hər iki cinahı yaxşı oynayırdı. Ancaq bizdə bu sarıdan  problemlər oldu”.

P.Gedin 2013-cü ildə yoxlama oyununda millimizə uduzduqları qarşılaşmanı da xatrılayıb:

“Həmin oyunda bizdə fiziki vəhətdən çox problem oldu. Azərbaycan millisi o vaxt daha yaxşı oynayırdı. Fərq ondan ibarətdir ki, biz bu dəfə zəif çıxış etdik”.

 

 


Xəbər xətti