Emil Balayev: "İkinci qapıçı olmaq şansım var"

12:24 29 Mart 2015

"Bakı üçün darıxmıram. "Ayntraxt"da məşqlər çox olur. Gündə iki dəfə məşq keçirik. Heç darıxmağa vaxt da olmur". 

 

 

Sportarena.az xəbər verir ki, bu sözləri  jurnalistlərə açıqlamasında milli komandamızın və Almaniyanın "Ayntraxt" klubunun qapıçısı Emil Balayev deyib.

Gənc qolkiper “Ayntraxt”da heyətə düşməməsinin səbəblərindən danışıb: “Kevin Trapp həm komandanın əsas qapıçısı, həm də kapitanıdır. İkinci qapıçı isə Feliks Vidvalddır. Almaniya mətbuatının yazdığına görə,  o, yayda "Verder"ə keçməlidir. Ona görə də mənim ikinci qapıçı olmaq şansım var. Bundan sonra isə hər şey özümdən asılı olacaq".


Digər xəbərlər

Xəbər xətti