Roman Hüseynov: "İngiltərə kimi bir komandanın qapsında real qol vəziyyətləri yaratdıq"

13:24 29 Mart 2015

“Komandamız İngiltərəyə qarşı əzmkar oynadı. Axıra kimi mübarizə apardıq”

 

Bu sözləri sportarena.az saytına Fransada keçirilən 19 yaşadək futbolçuların Avropa Çempiontının elit-raundunda mübarizə aparan millimizin futbolçusu Roman Hüseynov deyib.

 

Hüseynov, İngiltərəyə məğlub oludqları və qarşıdakı Danimarka ilə çətin oyun barədə fikirlərini saytımıza açıqlayaraq – “İngiltərə kimi bir komandanın qapsında real qol vəziyyətləri yaratdıq. Komandamız İngiltərəyə qarşı əzmkar oynadı. Axıra kimi mübarizə apardıq. Epizodlarımız oldu, yararlana bilmədik. Amma, komanda həqiqətən alqışa layiq oynadı. Danimarka ilə oyunda əlimizdən gələni edərək 3 xal qazanmağa çalışacayıq”. – deyib.

 

Qeyd edə ki, komandamız ilk oyunda Fransa (2:0) və İngiltərəyə (1:0) məğlub olub. Danimarka ilə keçiriləcək son oyun ayın 31-i saat 22:00-da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti