Rəşad Sadıqov: "Bizə rahat oynamağa imkan vermirdilər"

14:20 29 Mart 2015

“Əlimizdən gələni etdik ki, bu oyunda qələbə qazanaq. Erkən qol vurmaq haqda fikirləşirdik. Amma düşündüyümüzdən də tez alındı”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri millikomandamızın kapitanı Rəşad Sadıqov “Avr0-2016”nın seçmə mərhələsində Maltaya qaib gəldikləri oyundan (2:0) sonra jurnalistlərə deyib.

 

Qarşılaşmanı şərh edən təcrübəli müdafiəçi Malta ilə oyunun asan keçmədiyini bildirib. O, rəqibin güclü təzyiqləri ilə üzləşdiklərini qeyd edib: “Qoldan sonra daha ehtiyyatlı oynamağa başladıq. Rəqibin  meydanın mərkəzində təzyiqləri artmışdı. Bizə rahat oynamağa imkan vermirdilər. Buna baxmayaraq, ilk hissədə bir neçə qol epizodumuz oldu. Amma istifadə edə bilmədik. İkinci hissədə rəqib sistemini dəyişdi. Təziqləri daha da artdı. Matçın ilk yarısına nisbətən ikinci yarıda bərabər oyun getdi. Çox sevinirik ki, çətin olmasına baxmayaraq ikinci qolu da vurduq və qalib gəldik”.

 


Digər xəbərlər

Xəbər xətti