Güləşçilərimiz iki medal qazandı

16:55 29 Mart 2015

Azərbaycan sərbəst güləşçiləri Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə keçirilən sayca 43-cü beynəlxalq turnirin ilk gününü 2 bürünc medalla başa vurub. 

 

 

Sportarena.az xəbər verir ki, həmin medallara Ruslan Qasımov (57 kq) və Ağahüseyn Mustafayev (65 kq) sahib olub. 


Turnir bu gün 61, 70, 86 və 125 kq çəki dərəcələrində pəhləvanların mübarizəsi ilə davam edəcək. Azərbaycan təmsilçilərindən Cəlal Süleymanov, Ruhlan Məmmədov (hər ikisi 61 kq), Hacımurad Ömərov (70 kq) və Aleksandr Qostiyev (86 kq) qüvvəsini sınayacaq. 
Qeyd edək ki, sərbəst güləşçilər Türkiyəyə məşqçilər Nazim Əlicanov və David Kurtsiyanın rəhbərliyi altında yollanıblar.


Digər xəbərlər

Xəbər xətti