Rüfət Dadaşov oynamadı, komandası qələbəyə sevindi

18:03 29 Mart 2015

Almaniya Regional Liqasında 25-ci turun oyunları keçirilib.

 

Sportarena.az  xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun komandası - "Saarbryukken" də növbəti matçına çıxıb.

 

Futbolçumuzun komandası səfərdə "TuS Koblents"lə qarşılaşıb. "Saarbryukken" bu görüşdə minimal hesablı qələbəyə sevinib - 1:0. Dadaşov matçın iştirakçısı olmayıb.

 

Qeyd edək ki, "Saarbryukken" hazırda 55 xalla 2-ci pillədə qərarlaşıb.


Xəbər xətti