Namiq Ələsgərov Türkiyədə əməliyyat olacaq - AÇIQLAMA

18:46 29 Mart 2015

“Namiq Ələsgərovun bütün xərcləri AFFA tərəfindən ödəniləcək”.

 

 

Sportarena.az xəbər verir ki, bu sözləri apasport.az saytına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu deyib.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində dünən Malta ilə (2:0) keçirilən oyunda zədələnən Namiq Ələsgərovun ön çarpaz bağları qopduğu üçün futbolçu əməliyyat olunacaq. AFFA rəsmisi əməliyyatın böyük ehtimalla ölkə xaricində olacağını bildirib: “Futbolçu AFFA tərəfindən müayinə etdirilib və həkimlər onun zədəsinin əməliyyatlıq olduğunu deyiblər. Əməliyyat ölkə xaricində olacaq və çox güman ki, həmin ölkə Türkiyə olacaq. Amma buna yaxın 2-3 gündə tam aydınlıq gələcək”.

 

Qeyd edək ki, Malta ilə qarşılaşmanın ilk hissəsində zədələnən Namiq Ələsgərovun 6 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

 


Digər xəbərlər

Xəbər xətti