"Neftçi"də ŞOK istefa: Sadıq Sadıqov getdi

14:34 30 Mart 2015

Bu gün “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov istefa verib.

 

Sportarena.az qol.az saytına istinadən xəbər verir ki, istefanın səbəbləri haqda yaxın vaxtlarda klub rəhbərliyinin açıqlama verəcəyi gözlənilir.

 

Xatırladaq ki, S.Sadıqov 2009-cu ildən “Neftçi”nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə “Neftçi” üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub.  Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də "Neftçi" S.Sadıqovun kluba rəhbərlik etdiyi dövrdə qazanıb.

 


Digər xəbərlər

Xəbər xətti