"Ermənistan üzərində tarixi qələbə qazandıq"

15:13 30 Mart 2015

"Ermənistan üzərində tarixi qələbə qazandıq. Bu, karyeramdakı ən önəmli qələbədir".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Albaniya millisinin baş məşqçisi Canni de Byazi "Avro-2016"nın seçmə mərhələsində Ermənistana qalib gəldikləri oyun haqda danışarkən deyib. 

Təcrübəli mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında komandasının əla oyun nümayiş etdirdiyini bildirib: "Komandam əla oyun nümayiş etdirdi. Ermənistan yığması yalnız bir dəfə qapımıza doğru gələrək qol vurdu. Matçın qalan bölümündə diqtə edən tərəf biz idik. Rəqib yaxşı müdafiə olunurdu. Onlara qarşı oyunun çətin keçəcəyini bilirdik.

Fasilədə futbolçulara dedim ki, ruhdan düşmək olmaz. Bizim qələbə qazanmaq şansımız var. Oyunçularım da özlərinə güvənirdilər. Yekunda istədiyimizə nail olduq. Dediyim ki, Ermənistanla oyun karyeramın ən mühüm matç idi. Qarşıda isə bizi Danimarka ilə çətin oyun gözləyir". 

Qeyd edək ki, "Qarabağ"ın albaniyalı müdafiəçisi Ansi Aqolli Ermənistanla görüşdə 90 dəqiqə meydanda olub. Oyun 2:1 hesabı ilə Albaniya yığmasının xeyrinə başa çatıb. 

 


Xəbər xətti