Sxadadze "İnter"ə qayıdır - "Qarabağ"la həlledici oyunun hazırlıqları başlayır

15:46 30 Mart 2015

Gürcüstün milli komandasında işini yekunlaşdıran Kaxaber Sxadadze bu axşam Bakıya gələcək.

 

 

Sportarena.az saytına klubdan verilən məlumata görə, gürcü məşqçi axşam saatlarında Bakıya gələcək və sabah 12:00-da başlayacaq saat yarımlıq məşqə komandanı özü çıxaracaq.

 

Qeyd edək ki, Sxadadze Gürcüstan millisində keçirdiyi iki oyunda əvvəlcə yoldaşlıq görüşündə Maltanı 2:0 məğlub etmiş, ardınca ilk rəsmi matçında Almaniyaya öz meydanında eyni hesabla məğlub olmuşdu. Qeyd edək ki, “İnter”i növbəti turda “Qarabağ”la vacib oyun gözləyir. 


Xəbər xətti