Azərbaycanda futbolçunun yeməyindən siçan çıxıb?

16:19 30 Mart 2015

“Yaxşı ki, deməyiblər, fil çıxıb, ya da dinozavr”.

 

Ötən gün Azərbaycan futbolunda anormal hal yaşanıb. 

 

Sportarena.az xəbər verir ki, “Kəpəz”in futbolçuları gözlənilməz hadisə ilə üzləşib. 

 

Belə ki, komandanın bazasında qalan futbolçular yeməkxanada biabırçılığa şahidlik ediblər. 

 

Futbolçuların birinin yeməyindən ölü siçan çıxıb. Bu halı görən futbolçulardan artıq 4-ü komandanı tərk edib. Həmin oyunçulardan biri Ramil Haşımzadədir. Qeyd olunur ki, klubun bazasında qalan futbolçular üçün heç bir şərait yoxdur. Mətbəxdə isə insanlardan çox siçanlar mövcuddur.

 

Milli.Az-a danışan “Kəpəz” klubunun prezidenti Mehman Allahverdiyev bildirdi ki, siçan-filan boş söhbətdir sadəcə: “Özünüz düşünün də, uşaq deyilsiz ki... Siçan hara, yemək hara? Aşpaz o qədər kordur ki, siçan qazanın içinə girir, hələ üstəlik, onu boşqaba qoyur?! Bunların hamısı cəfəngiyyatdır. Yaxşı ki, deməyiblər, içindən fil çıxıb, ya da dinozavr. Buna bişmiş toyuğun belə gülməyi gələr”.

 

Daha sonra Mehman Allahverdiyev bu məsələ üzündən klubdan ayrıldığı deyilən futbolçular haqqında da danışdı: “4 yox, 3 futbolçu tərk edib bazanı. Onlar da inanmıram, bu məsələ üzündən gediblər. Çox güman, başqa klublarla anlaşıblar deyə bəhanə kimi bunu uydurublar. Bu futbolçuların maaşlarını da qaldırmışdım bir müddət əvvəl. Allah üzümüzə baxıb ki, 1-ci, 2-ci yerdə getmir klub, yoxsa başımıza çıxardılar bunlar”.


Digər xəbərlər

Xəbər xətti