AYB-dən Çingiz Abdullayev təyinatına münasibət: “Çingiz Abdullayev sadəcə namizəddir”

17:21 30 Mart 2015

“Çingiz Abdullayev sadəcə namizəddir. Dəqiq qərar sabah saat 17:00-da veriləcək”

 

Bu sözləri sportarena.az saytına açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin pəhbəri Xəyal Rza bildirib.

 

Xəyal Rza Çingiz Abdullayevin “Neftçi”yə prezident təyinatı ilə bağlı yayılmış şayələrə aydınlıq gətirərək – “Hələ heç nə dəqiqləşməyib. Çingiz Abdullayev sadəcə namizəddir. Dəqiq qərar sabah saat 17:00-da veriləcək. Hələ ki, bizim tərəfə onun dəqiq təyinatı ilə bağlı heç bir məlumat yoxdur”. – deyib.

 

Qeyd edək ki, mətbuatda “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun istefa verdiyi və yerinə Çingiz Abdullayevin təyinat aldığı şayələri yayılıb. Şayələri “Neftçidə”ki etibarlı mənbə tərəfimizə təsdiqləsə də, hələ ki, rəsmi münasibət yox dərəcəsindədir.

 

 

Rahim Şaliyev


Xəbər xətti