Xəbərimiz təsdiqini tapdı: "Neftçi"dən rəsmi münasibət gəldi

17:48 30 Mart 2015

Daha öncə “Neftçi”də daxili toplantının olduğunun, vəzifəsindən istefa verən Sadıq Sadıqovun başqa bir vəzifəyə keçiriləcəyi, yeni idarə siteminin qurulacağı və Sadıqovun dolayı yolnan yenidən “Neftçi”yə rəhbərlik edə biləcəyi xəbərini vermişdik. (Buradan bax: http://sportarena.az/news/34221)

 

Sportarena.az saytının xəbərini “Neftçi” klubu öz rəsmi saytında təsdiqləyib.

 

Xəbəri olduğu kimi diqqətinizə çatdırırıq:

 

“Bu gün mətbuatda Sadıq Sadıqovun istefası haqqında xəbərlər yer alıb. Nəzərinizə çatdırırıq ki, heç bir istefadan söhbət gedə bilməz. Sadıq Sadıqov "Neftçi" İdman Klubu İctimai Birliyinin rəhbəri, eyni zamanda "Neftçi" PFK-nın da prezidentidir. "Neftçi" PFK bir müddət əvvəl "Neftçi" İdman Klubu İctimai Birliyinin tərkibinə verilib. Bununla bağlı bəzi Nizamnamə və struktur dəyişiklikləri gözlənilir. Bu haqda ictimaiyyətə məlumat veriləcək”.

 


Xəbər xətti