SOCAR-dan “Neftçi” açıqlaması: “Sadıqov istefa verməyib”

18:09 30 Mart 2015

“Heç bir istefadan söhbət getmir. Sadıq Sadıqov “Neftçi”dəki fəaliyyətini davam etdirir”. Bu sözləri  SOCAR-ın ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib. 

 

 

Sportarena.az xəbər verri ki, O, “Neftçi”də struktur dəyişikliyi olub və Sadıq Sadıqov bundan sonra “Neftçi” İdman Klubunun rəhbəri vəzifəsini yerinə yetirəcək: “Sadıq Sadıqov hazırda “Neftçi” İdman Klubunun rəhbəri, eyni zamanda “Neftçi” PFK-nın prezidentidir. “Neftçi” PFK “Neftçi” İdman Klubunun tərkibinə verilib. Bununla bağlı bəzi Nizamnamə və struktur dəyişiklikləri gözlənilir. Həmin dəyişikliklə bağlı da ictimaiyyətə əlavə məlumat veriləcək”. – deyə bildirib.

 

 Qeyd edək ki, bu gün mətbuatda “Neftçi”nin prezidenti Sadıq Sadıqoun istefa verdiyi, bu posta isə Çingiz Abdullayevin gətirildiyi xəbəri yayılmışdı.

 

 

Mənbə: Apasport.az

 


Xəbər xətti