Putin Avropa Oyunlarının açılışına gəlir

11:01 31 Mart 2015

Rusiya prezidenti Vladimir Putin "Bakı 2015" I Avropa Oyunlarına dəvət edilib.

 

Sportarena.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov ölkə rəhbərinin Bakıya gəlişinin mümkünlüyünü istisna etməyib: 
"Həqiqətən də dəvət var. Belə bir səfərin baş tutacağını istisna etmək olmaz. Yekun qərarın nə zaman qəbul olunacağına gəldikdə, bu barədə əlavə məlumat verəcəyik".

Qeyd edək ki, I Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də keçiriləcək.

 


Digər xəbərlər

Xəbər xətti