Hafiz Məmmədov kömək ola bilmir: "Atletiko"nun borcları 140 milyona çatdı

11:21 31 Mart 2015

Azərbaycanlı iş adamı Hafiz Məmmədovun himayədarlıq etdiyi “Atletiko Madrid” klubunun borcları 140 milyon funt sterlingə çatıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti yazıb. Qəzetin məlumatına görə son illərdə yüksəliş dövrünü yaşıyan, hazırda həm La Liqada, həm də Çempionlar Liqasında mübarizəsini inamla davam etdirən “Atletiko” borc içində batmağa doğru gedir.

 

Qeyd edək ki, Hafiz Məmmədovun yaşadığı maliyyə sıxıntıları onun himayədar olduğu digər klublara da təsirsiz ötüşməyib. “Atletiko” ilə bərabər Fransanın “Lans” klubu da maliyyə sıxıntıları yaşamış, bu səbəbdən Fransa Liqa 1-dən düşmək təhlükəsindən son anda xilas olmuşdu.


Digər xəbərlər

Xəbər xətti