Buffon: "İngiltərənin ən əhlükəli futbolçusu Harri Keyndir"

11:51 31 Mart 2015

Canluici Buffon İngiltərənin parlayan ulduzu Harri Keynlə bağlı maraqlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, İngiltərə ilə matç öncəsi İtaliyalı qapıçı rəqiblərində ən təhlükəli oyunçu kimi Harri Keyni göstərib.

“İngiltərənin ən əhlükəli futbolçusu Harri Keyndir. Runi də eyni dərəcədə təhlükəlidir. Amma, digər oyunçuların da təhlükəli olduğunu bildirməliyəm”. – deyə Buffon bildirib.

 

Qeyd edək ki, Harri Keyn İngiltərə yığmasında ilk oyununa ehtiyatdan daxil olandan 79 saniyə sonra ilk qolunu vurmuşdu.


Xəbər xətti