AFFA-dan məşqçi dəyişikliyi

12:31 31 Mart 2015

AFFA və Bakcell şirkətinin birgə əməkdaşlığı çərçivəsində Bakıda fəaliyyət göstərən “Mançester Yunayted” Futbol Məktəbində məşqçi dəyişikliyi baş verib.

 

 

Sportarena.az Affa.az saytına istinadən xəbər verir ki, Aprelin 1-dən etibarən Samir Ələkbərov məktəbdə ingiltərəli mütəxəssis Mick Bennettin köməkçisi vəzifəsində çalışmağa başlayacaq.

Qeyd edək ki, daha öncə bu vəzifədə hazırdan Azərbaycan milli komandasında baş məşqçinin köməkçisi olan Elxan Abdullayev çalışırdı. 

 

 


Digər xəbərlər

Xəbər xətti