Emin Abbasova 4 oyunluq cəza verildi

14:53 31 Mart 2015

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilir.

 

Sportarena.az affa.az saytına istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan I Divizionun XXI turunun “Turan-Tovuz” – “Şuşa Qarabağ” matçında “Şuşa Qarabağ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Oyunun 79-cu dəqiqəsində “Turan-Tovuz” klubunun 6 №-li futbolçusu Emin Mirzəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.

Azərbaycan I Divizionun XXI turunun “Energetik” – “Rəvan” matçının 5-ci dəqiqəsində “Energetik” klubunun 1 №-li futbolçusu Emin Abbasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunub.

Azərbaycan I Divizionun XXI turunun “Şahdağ” – “Göyəzən” matçının 76-cı dəqiqəsində “Şahdağ” klubunun 6 №-li futbolçusu Şıxqayıb Şıxqayıbov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.

 


Digər xəbərlər

Xəbər xətti