"Neftçi" və "Simurq" qələbəyə sevindi

16:12 31 Mart 2015

Azərbaycan Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında çempionatın 27-ci turuna start verilib.

 

Sportarena.az xəbər verir ki, başa çatan 2 görüşdə “Neftçi” “Bakı”nı, “Simurq” AZAL-ı qəbul edib. Bakı derbisindən “ağ-qaralar” 1:0 hesablı qələbə ilə ayrılıb. “Simurq” isə AZAL-dan minimal fərqlə – 2:1 hesabı ilə üstün olub.

 

Qeyd edək ki, keçirilən digər görüşlər – “Xəzər Lənkəran” – “Sumqayıt” və “İnter” – “Qarabağ” görüşləri hal-hazırda davam edir.


Digər xəbərlər

Xəbər xətti