"Çelsi" Türkiyədə futbol məktəbi açdı

16:52 31 Mart 2015

İngiltərənin “Çelsi” klubu Türkiyədə futbol məktəbi açıb.

 

Sportarena.az xəbər verir ki, bu haqda goal.com saytı məlumat yayıb.

 

“Çelsi” klubu “Regnum Carya Golf” və “Spa Resort Hotel”lə birlikdə Antaliyada futbol məktəbi qurub. Məktəb bu gün faliyyətə başlayıb və 18 iyula qədər davam edəcək. İngiltərədən gələn peşəkar məşqçilər 4-14 yaş qruplarında olan uşaqlara qapıçı, müdafiə və hücum məşqləri keçəcəklər.

 

Qeyd edək ki, məktəbdə iştirak edəcək hər bir uşağa “Çelsi”nin orjinal forma, şort və corabları veriləcək.


Digər xəbərlər

Xəbər xətti