"Xəzər Lənkəran" rəsmisi yeni transferlərdən danışdı: Gələn mövsümə komanda mütləq güclənəcək

17:32 31 Mart 2015

“Xəzər Lənkəran”ın maliyyə siyasətini dəyişdiyi haqda daha öncə sizə xəbər vermişdik. (Buradan bax: http://sportarena.az/news/34214)

 

Klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu komanda.az saytına verdiyi açıqlamada verdiyimiz xəbərin doğruluğuna işarə edən  sözlər deyib.

Sportarena.az həmin açıqlamanı olduğu kimi diqqətinizə çatdırır:

"Gələn mövsümə komanda mütləq güclənəcək. Artıq bu yöndə müəyyən proseslər gedir. Söhbət klub nümayəndələrinin Afrika və digər ölkələrə səfərindən gedir. Necə ki,vaxtı ilə belə səfərlər sonrası Junior Osvaldo, Mario Souza, Sadio Tounkara kimi futbolçular aşkar olunub komandaya cəlb olunmuşdu. Ümid edirik ki, bu dəfə də seçimlər uğurlu olacaq".

 


Digər xəbərlər

Xəbər xətti