"Neftçi" və "Simurq" turu qələbə ilə başa vurdu

18:55 1 Aprel 2015

Bu gün Azərbaycan Preyer Liqasında 27-ci turun oyunlarına start veriləcək.

 

Sportarena.az xəbər verir ki,  “Simurq” Zaqatalada AZAL-ı qəbul edəcək. Bu matç hər iki komanda üçün avroliqalara düşmək baxımından önəmli əhəmiyyət kəsb edir.

 

Son oyunlarda uğursuzluq zolağından çıxmağa çalışan “Neftçi”, öz meydanında “Bakı” ilə qarşılaşacaq. Böyük ehtimalla qalib gələcəyi gözlənilən meydan sahiblərinin məğlubiyyət yaşaması klubda böyük gərginliyə səbəb ola bilər.

 

Qeyd edək ki, “Araz Naxtçıvan”ın fəaliyyətini dayandırması üzündən “Qəbələ” bu tur istirahət edəcək.

 

“Simurq” – AZAL 1:0 

Qol: Çeran 37- Pen
Zaqatala şəhər stadionu

“Neftçi” – “Bakı” 2:0 

Qol: Kanales 42; Vobay 65
“Bakcell Arena”


Digər xəbərlər

Xəbər xətti