Sadıq Sadıqov müəmmalı siyahıdan danışdı

13:40 1 Aprel 2015

“Heç maraqlanmamışam da ki, jurnalistlər ora kim tərəfindən dəvət alıb”.

 

Bu sözləri sportarena.az saytına açıqlamasında “Neftçi” klubunun sabiq prezidenti, klubda yeni yaradılan Müşahidə Şurasının üzvü Sadıq Sadıqov deyib.

 

Sadıqov, “Neftçi”nin toplantısına hazırlanmış müəmmalı siyahı ilə bağlı açıqlama verərək siyahıdan xəbərsiz olduğunu deyib.

“Jurnalistlərnən bağlı özünüz bilirsiz ki, həm “Neftçi”nin, həm AFFA-nın öz mətbuat xidməti var. Bu mənə aid məsələ deyil. Məni də o iclasa dəvət etmişdilər. Necə ki, jurnalistlər və digər insanlar dəvət edilmişdi... Heç maraqlanmamışam da ki, jurnalistlər ora kim tərəfindən dəvət alıb. Mən sadəcə deyilmişdi ki, saat 17:00-da Azərbaycan Dövlət Neft Şirkətinin binasında sponsor “Neftçi”nin iclasını keçirir. İclasın gedişi ilə bağlı məlumatım olub. Müşahidə Şurasına namizəd olan insanları da orada görmüşəm. Jurnalistlərin dəvət siyahısını kim hazırlıyıb? Bax, bu haqda heç nə bilmirəm”. – deyə Sadıqov bildirib.

 

Qeyd edək ki, dünən Azərbaycan Dövlət Neft Şirkətinin binasında keçirilən iclasa bir-çox tanınmış media qrumları dəvət almamışdı.

 

 


Digər xəbərlər

Xəbər xətti