"Qəbələ" "Qalatasaray"la qarşılaşıb

15:46 1 Aprel 2015

"Qəbələ"nin 13 yaşadək futbolçulardan ibarət komandası Türkiyədə təşkil olunan ənənəvi beynəlxalq  “VI Manavqat” turnirinin açılış günündə iki oyun keçirib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, ilk matçda "Berlin Türkiyemspor"la (Almaniya) qarşılaşan "qırmızı-qaralar" meydançadan minimal üstünlüklü qələbə ilə ayrılıblar - 1:0. Komandanın yeganə qoluna Ruslan İsmayılov imza atıb. Günün ikinci oyununda "Qəbələ" turnirin iddialı kollektivlərindən olan yerli "Qalatasaray"la üzləşib. Matç istanbulluların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

Ülfət Mədətovun komandası növbəti iki oyununu bu gün keçirəcək. Təmsilçimiz saat 17:45-də “Seyrantepespor”, 19:15-də “Özərspor” u sınağa çəkəcək. Aprelin 1-də baş tutacaq son turda “Nordsyelland”la (Danimarka) üz-üzə gələcək. Bu oyunun start fiti saat 13:30-da veriləcək.

 


Xəbər xətti