Teymur Rəcəbov Vüqar Həşimovun xatirə turnirində çıxış etməyəcək

17:16 1 Aprel 2015

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq "Shamkir Chess 2015" turnirinin iştirakçılar siyahısında dəyişiklik baş verib. 

 

 

Sportarena.az xəbər verir ki, Teymur Rəcəbov səhətindəki problemlərlə əlaqədar turnirə qatıla bilməyəcək. 

Teymurun əvəzinə yarışa 10-cu iştirakçısı kimi İngiltərə təmsilçisi Maykl Adams dəvət alıb.

Qeyd edək ki, superturnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand, Vladimir Kramnik eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcək.

 

 


Digər xəbərlər

Xəbər xətti