Tərlan Əhmədov: "Məğlubiyyətə görə günah məndədir"

17:33 1 Aprel 2015

Azərbaycan Premyer Liqasının XXVII turu “Simurq” üçün uğurlu alındı. George Çixradzenin rəhbərlik etdiyi komanda Zaqatalada AZAL-ı 1-0 hesabı ilə məğlub etdi.

 

Sportarena.az xəbər verir ki, qonaqların baş məşqçisi Tərlan Əhmədov oyun barədə fikirlərini bölşüb:


“Hər iki komandanın ifasında mübarizəli oyun getdi. Futbolçulara demişdim ki, bu tip oyunlarda görüşün taleyini bir səhv həll edir. Rəqib şanslarından daha yaxşı yararlandı. Biz penaltini dəqiq yerinə yetirsəydik, hər şey  fərqli ola bilərdi. Məğlubiyyətə görə günah məndədir. Yəqin ki, komandanı oyuna yaxşı kökləyə bilməmişəm. Futbolçuların mübarizəsindən razıyam. Bizim hələ ki, şansımız var. Çətin oyunlardan qalib ayrılıb, məqsədə çata bilərik. Oyunda verilən penalti qərarlarına gəlincə, bu barədə geniş danışmaq istəmirəm. Epizoda daha yaxın olan şəxs hakimdir. Onun işinə isə müvafiq qurumlar qiymət verir”. 

 


Xəbər xətti