Arif Əsədov: "Rəhbərliklə görüşümüz olmayıb"

19:37 1 Aprel 2015

“Bakcell Arena”da “Bakı”nı qəbul edən “Neftçi” 3 xal qazandı. Arif Əsədovun başçılıq etdiyi komanda “Bakı”nı məğlub yola saldı – 2-0. 

 

Sportarena.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Arif Əsədov oyun barədə fikirləini bölüşüb:

“Fasilədən sonra ilk oyunlar gərgin keçir. Matçdan öncə müəyyən problemlər vardı. Erik Ramosun cəzalı, Flavinyonun zədəli olması müəyyən çətinliklər yaratmışdı. Buna baxmayaraq, vaxt  keçdikcə öz oyunumuzu sərgiləyə bildik. Struktur dəyişikliyindən sonra rəhbərliklə görüşümüz olmayıb. Sadəcə, bir məsələni vurğulayım ki, biz öz işimizi görürük”.


Xəbər xətti