"Xəzər Lənkəran" istirahət etməyəcək

00:28 2 Aprel 2015

Aprelin 1-də Fırtınalar meydanında Sumqayıtı 3:2 hesabı ilə məğlub edən Xəzər Lənkəran istirahət etməyəcək.

 

Sportarena.az 12cioyuncu.info saytına istinadən xəbər verir ki, komanda aprelin 2-də saat 17:00-da oyunsonrası bərpa məşqini keçirəcək. Sumqayıtla oyunda meydanda olan futbolçular yüngül hazırlıqla kifayətlənəcəklər, oyunu ehtiyat skamyada keçirənlər isə məşq prossesində sona qədər iştirak edəcəklər. Komanda daha bir gün doğma şəhərdə hazırlaşdıqdan sonra Bakıya yollanacaq. Qeyd edək ki, Xəzər Lənkəran Premyer Liqanın XXVIII turu çərçivəsində aprelin 5-də İnter klubunun qonağı olacaq.

 


Digər xəbərlər

Xəbər xətti