Ceyhun Sultanov "Sumqayıt" klubuna qarşı yönəlmiş ittihamlara cavab verdi

13:42 2 Aprel 2015

Premyer Liqanın 27-ci turunda “Sumqayıt” klubu səfərdə “Xəzər Lənkəran”a məğlub olaraq (3:2) artıq ard-arda 11-ci oyunda da qələbə qazana bilmədi. Bu amil komandada mövsüm sonunda ciddi dəyişikliklər olması üçün işarə ola bilər.

 

Klubun Baş Meneceri Ceyhun Sultanov sportarena.az saytına açıqlamasında mövsüm sonunda edilə biləcək mümkün transferlər barədə açıqlama verərək – “Transferlər haqqında danışmaq hələ tezdir. Amma, biz bu haqda indidən fikirləşirik. Hansı futbolçuların göndəriləcəyi, kimlərin gətiriləcəyi barədə danışmaq düzgün olmaz. Yalnız onu deyə bilərəm ki, komandaya yeni oyunçu olaraq “Anji”nin Futbol Akademiyasından ampulaca müdafiəçi olan Timur Umalov cəlb olunmağa yaxındır. Onu da iki ay müddətində sınaqdan keçirəcəyik, daha sonra isə transfer olunub-olunmaması bilinəcək. Elə futbolçu transfer etməliyik ki, sonradan seçimimizə görə peşman olmayaq”. – deyib.

 

Sultanov, mətbuatda klubun ünvanına yönələn ittihamlara da cavab verib. Belə ki, “Sumqayıt” klubunun xarici futbolçulara vətandaşlıq verməklə klubda süni yerli futbolçu artımı edilməsi ittihamına cavab verən sabiq futbolçu, “Deyim ki, kluba gətirilən futbolçular bizim komandaya gətirilməmişdən öncə vətandaşlığın dəyişir. Elə futbolçular var ki, 4, 5, hətta 11 il öncə ölkəmizin vətandaşlığın alıb”. – deyə münasibət bildirib. 


Digər xəbərlər

Xəbər xətti