Azərbaycanın Dünya Kubokuna yollayacağı heyət məlum oldu

14:16 2 Aprel 2015

Aprelin 11-də ABŞ-ın Los Anceles şəhərində keçiriləcək sərbəst güləş üzrə Dünya Kuboku üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, iki gün davam edəcək yarışda 8 çəki dərəcəsində 11 güləşçimiz yer alacaq.

 

Baş məşqçi Saypulla Absaidov heyətə Yaşar Əliyev, Cəlal Süleymanov (hər ikisi 57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov, Məhəmməd Müslümov (hər ikisi 65 kq), Ruslan Dibirhacıyev, Murad Süleymanov (hər ikisi 70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (97 kq) və Camaləddin Məhəmmədovu (125 kq) daxil edib. Okeanın o tayına Firdovsi Umudov böyük məşqçi, David Kurtsiya məşqçi qismində yollanacaq.

 

Qeyd edək ki, Dünya Kubokunda B qrupunda mübarizə aparacaq Azərbaycan millisi İran, Belarus və Türkiyə yığmaları ilə qarşılaşacaq.

 


Digər xəbərlər

Xəbər xətti