Prezident Rövnəq Abdullayevi ordenlə təltif etdi

18:07 2 Aprel 2015

Rövnəq Abdullayev “Şöhrət” ordeni ilə təltif edilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sərəncam imzalayaraq Rövnəq Abdullayevi Azərbaycan Respublikasında neft sənayesinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edib.

 

Qeyd edək ki, Rövnəq Abdullayev ARDNŞ ilə bərabər, həm də AFFA-nın rəhbəridir.

 


Xəbər xətti