“Real Madrid”in tarixi Di Stefano və Ronaldo ilə bağlıdır"

18:49 2 Aprel 2015

“Real Madrid”in ispaniyalı müdafiəçisi Arbeloa komanda yoldaşları Qaret Beyl və Kristiano Ronaldonu tənqid edənlərə qarşı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, komandasının “Atletiko Madrid”ə 4:0 hesabı ilə məğlub olduğuoyundan sonra ad günü şənliyi keçirən Ronaldo kəskin tənqid olunmuşdu.

Arbeloa, “İnsanlar Ronaldoya qarşı haqsızlıq edir. Kimsə onun peşəkar futbolçu olduğunu müzakirə edə bilməz. O, məşqlərə ən tez gələn və özünə çox yaxşı diqqət yetirən futbolçudur. “Real Madrid”in tarixi Di Stefano və Ronaldo ilə bağlıdır. Ronaldonun gedişindən sonra onun kimi futbolçu bir də nə vaxt Madridə gələr, bax bunu bilmirəm”. – deyə tənqidlərə münasibət bildirib.

 

Müdafiəçi Beyl haqqında deyilənləri də başa düşmədiyini bildirərək, “İlk mövsümündə əla işlər gördü. İndi niyə onu bəyənmirlər, başa düşmürəm”. – deyib.


Digər xəbərlər

Xəbər xətti